Futbol üzrə Albaniya Superliqasında 11-ci tura start verilib.

Offsideplus.az xəbər verir ki, azərbaycanlı futbolçu Vüsal İsgəndərlinin formasını geyindiyi “Eqnatiya” evdə “Kukesi” ilə qarşılaşıb. Oyun meydan sahiblərinin 2:1 hesablı qələbəsi ilə başa çatıb.

Vüsal da bu oyunda iştirak edib. 27 yaşlı hücumçu meydana start heyətdə çıxıb və 58-ci dəqiqədə əvəzlənib.

Qeyd edək ki, "Eqnatiya" hazırda turnir cədvəlinə 23 xalla liderdir.