Almaniya yığmasının müdafiəçisi Antonio Rüdiqer Millətlər Liqası çərçivəsində keçirilən Fransa ilə oyunda rəqib futbolçu Benjamen Pavarın boynunu tapdalayıb.
Offsideplus.az xəbər verir ki, bununla bağlı görüntüləri “ESPN FC” “Twitter” hesabında yayımlayıb.
Hadisə qarşılaşmanın üçüncü dəqiqəsində baş verib. Mübarizə zamanı Pavar qazona yıxılıb və alman müdafiəçi təsadüfən onu tapdalayıb. Bu zaman fransız boynundan xəsarət alıb. Rüdiqerin butslarının dişləri Pavarın boynunu cızıb. O, həkimlərin yardımından sonra meydana qayıdıb.
Qeyd edək ki, qarşılaşma qolsuz bərabərliklə başa çatıb.