İngiltərənin "Arsenal" klubu heyətini yeni futbolçuyla gücləndirməyə hazırlaşır.
Offsideplus.az "The Times"ə istinadla xəbər verir ki, "topçular" "Brentford"un mərkəz hücumçusu İvan Toneylə maraqlanır.
Məlumata görə, "Arsenal" 27 yaşlı forvard üçün 80 milyon funt sterlinq ödəməyə hazırdır.
Bildirək ki, Toneyin "Brentford"la 2025-ci ilədək müqaviləsi var.