"Qalatasaray"ın ulduz futbolçusu Nikolo Zaniolonun "Aston Villa"ya transferi ilə bağlı son xəbərlər gəlməkdə davam edir.

Offsideplus.az  xəbər verir ki, İngiltərə klubunun transferi bu həftə ərzində tamamlamağı ümid etdiyi bildirildi. İspaniyanın" AS" qəzeti "Aston Villa"nın baş məşqçi Unai Emerinin təzyiqi ilə Zaniolo üçün icarə təklifini 3 milyon avrodan 5 milyon avroya qaldırdığını bildirib. İngilis klubunun təklifinə 20 milyon avro məcburi alış və 7 milyon avro bonus daxildir.