Stanislav Çerçesov Macarıstanın “Ferentsvaroş” klubunun baş məşqçisi postundan göndərilib.

Offsideplus.az xəbər verir ki, rusiyalı mütəxəssisin rəhbərlik etdiyi komanda Çempionlar Liqasının I təsnifat mərhələsinin cavab oyununda evdə Farer Adalarının “Klaksvik” klubuna 0:3 hesabı ilə uduzaraq turnirdəki çıxışını başa vurub.

59 yaşlı mütəxəssis 2021-ci ilin dekabr ayından Budapeşt klubuna rəhbərlik edirdi.