Polşanın Krakov şəhərində keçirilən üçüncü Avropa Oyunları bu gün başa çatır.

Offsideplus.az xəbər verir ki, Azərbaycan idmançıları yarışda ümumilikdə 9 medal qazanıb. Bunlardan 2-si qızıl, 1-i gümüş, 6-sı isə bürüncdür. 

Əvvəlki günlə müqayisədə milli komandamız medal sıralamasında 4 pillə geriləyib və hazırda 29-cu pillədə qərarlaşıb.

Qeyd edək ki, siyahıya 90 medalla (28 qızıl, 24 gümüş, 38 bürünc) yenə İtaliya başçılıq edir. İspaniya 53 medalla (20 qızıl, 14 gümüş, 19 bürünc) 2-ci, Ukrayna 39 medalla (20 qızıl, 11 gümüş, 8 bürünc) 3-cüdür.

184676 7pij5ejhcd