"Qalatasaray" klubunun keçmiş baş məşqçisi Fatih Terim yığma komandanı çalışdıra bilər.

Offsideplus.az xarici mediaya istinadla xəbər verir ki, 69 yaşlı mütəxəssis Səudiyyə Ərəbistanı milli komandasını çalışdırmağa yaxındır. Təcrübəli türkiyəli məşqçi Asiya təmsilçisinə rəhbərlik etməyə ən real namizəddir.

Qeyd edək ki, Fatih Terim ötən ilin ötən ilin yanvar ayında "Qalatasaray"dan ayrıldıqdan sonra işsizdir.