Ueyn Runi yenidən diqqət mərkəzinə düşüb.

Offsideplus.az xəbər verir ki,  Ueyn Runi ötən gecə Dandi Yunayted klubunun heyətində son saniyələrdə etdiyi möhtəşəm ötürmə komandasına qələbə gətirib. İngiltərəli oyunçu 96-cı dəqiqədə topu rəqibdən oğurlayıb və birbaşa cərimə meydançasına ötürmə edib. Ötürməni qəbul edən komanda yoldaşı topu qapıdan keçirib və meydan sahibləri 3-2 hesablı qələbəyə seviniblər.

Qeyd edək ki, Runinin çıxış etdiyi Dandi Yunayted klubu 20 turdan sonra 21 xal ilə 11-ci pillədə qərarlaşıb.