Azərbaycanın FİFA referisi Əliyar Ağayev növbəti dəfə Yunanıstanın Super Liqasının oyununa təyinat alıb.
Offsideplus.az xəbər verir ki, o, ölkə çempionatının 33-cü turunda keçiriləcək PAOK - "Aris" matçında söz sahibi olacaq.
Ona həmyerliləri Zeynal Zeynalov və Akif Əmirəli köməklik göstərəcək.
Qeyd edək ki, aprelin 30-da oynanılacaq qarşılaşma Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.