Səudiyyə Ərəbistanı çempionatının növbəti turunda Kristiano Ronaldonun formasını geyindiyi "Əl-Nəssr" "Əl-Hilal"ın qonağı olub. 

Offsideplus.az xəbər verir ki, görüş ev sahiblərinin 2:0 hesablı qələbəsi ilə yekunlaşıb. Meydana start heyətdə çıxan və sonadək oynayan Kristiano matçın 57-ci dəqiqəsində sarı vərəqə ilə cəzalandırılıb.

38 yaşlı hücumçunun rəqibini "boğma fəndi" ilə yıxaraq qaydanı pozduğu epizod maraq doğurub. Görüntüləri təqdim edirik: