"Flamenqo" baş məşqçi Jorje Sampaoli ilə razılaşıb. 

Offsideplus.az xəbər verir ki, Braziliya təmsilçisi 2024-cü ilin sonunadək Sampaoli ilə müqavilə imzalayıb. Bu barədə klubun rəsmi saytı məlumat yayıb. 

Qeyd edək ki, daha öncə "Flamenqo"nun baş məşqçi vəzifəsinə "Fənərbağça"nın çalışdırıcısı Jorje Jesusu gətirəcəyi bildirilirdi.