Braziliyanın “Flamenqo” klubu baş məşqçisi Vitor Pereyranı vəzifəsindən qovub.
Offsideplus.az xəbər verir ki, 54 yaşlı mütəxəssisin istefasına komandanın uğursuz çıxışı səbəb olub.
Pereyra bu ilin yanvarında “Flamenqo”nun baş məşqçisi təyin olunmuşdu. Braziliya klubu Pereyranın rəhbərliyi ilə 20 oyundan 10 qələbə qazanıb, 2 heç-heçə edib, 8 dəfə məğlub olub.