Rusiyanın 2-ci liqasında mövsümün ikinci yarısı start götürüb.
Offsideplus.az xəbər verir ki, azərbaycanlı mütəxəssis Nazim Süleymanovun baş məşqçisi olduğu "Ximki"nin əvəzedici komandası da növbəti oyununu keçirib.
11-ci turda "Saxalin"lə keçirilən görüş 1:1 hesabı ilə başa çatıb. Bu matç Nazim Süleymanovun sözügedən komandada rəsmi debütü kimi əlamətdar olub.
Xatırladaq ki, millimizin sabiq hücumçusu bundan əvvəl "Ximki"nin U-19 komandasını çalışdırıb.
Qeyd edək ki, "Ximki"nin əvəzedici komandası mübarizəni ikinci "6-lıq" komandaları arasındakı yarışda davam etdirir. Kollektiv 11 oyundan sonra 21 xalla turnir cədvəlində liderdir.