Məşhur türkiyəli biznesmen Acun İlıcalı Avropada daha bir futbol klubu almağı planlaşdırır.
Offsideplus.az İngiltərə mətbuatına istinadla xəbər verir ki, o, İrlandiyanın "Şelburn" klubunu almaq üçün fəaliyyətə başlayıb. Funksioner bir neçə gün öncə sözügedən komandanın ölkə çempionatı çərçivəsində "Sent Patriks"lə keçirdiyi oyunu stadionda izləyib. "Şelburn" İrlandiya çempionatında 5-ci pillədə qərarlaşıb. Komandanı "Çelsi"nin sabiq futbolçusu Damien Daff çalışdırır.
Bildirək ki, Acun İlıcalı İngiltərə Çempionşipdə mübarizə aparan "Hall Siti" klubunun da sahibidir.