"Qalatasaray" klubunun argentinalı hücumçusu Mauro İkardi sabah "Qarabağ"a qarşı keçiriləcək xeyriyyə matçına start heyətində başlayacaq.
Offsideplus.az xəbər verir ki, bu barədə "Fanatik" məlumat yayıb.
Təcrübəli hücumçu son matçlarda effektli olmadığı üçün klub tərəfindən çempionatdakı fasilə zamanı ona istirahət üçün daha çox vaxt verilib.
Xatırladaq ki, "Qarabağ" - "Qalatasaray" oyunu martın 26-da Bakı Olimpiya Stadionunda keçiriləcək və saat 20:00-da başlanacaq.