İspaniya yığma komandasının baş məşqçisi Luis de la Fuente AÇ-2024-ün seçmə nərhələsi çərçivəsində martın 25-də Norveç, 28-də isə Şotlandiya ilə oyunlar üçün heyəti açıqlayıb.

Offsideplus.az xəbər verir ki, heyətə 25 oyunçu cəlb olunub:

Qapıçılar: Kepa Arrisabalaqa (Çelsi), Robert Sançes (Brayton), David Raya (Brentford).

Müdafiəçilər: Xose Qaya (Valensiya), Xose Naço, Daniel Karvahal (hər ikisi "Real Madrid"), Aleks Balde (Barselona), İniqo Martines (Atletik), David Qarsiya (Osasuna), Pedro Porro (Tottenhem), Emerik Laport (Mançester Siti).

Yarımmüdafiəçilər: Rodri (Mançester Siti), Fabian Ruis (PSJ), Martin Subimendi, Mikel Merino (hər ikisi "Real Sosyedad"), Pedri, Qavi (hər ikisi "Barselona"), Daniel Sebalyos (Real)

Hücumçular: Alvaro Morata (Atletiko), Daniel Olmo (Leyptsiq), Niko Uilyams (Atletik), Brayan Xil (Sevilya), Yaqo Aspas (Selta), Xoselu (Espanyol), Jerar Moreno (Vilyarreal).

Qeyd edək ki, bu, Luis de la Fuentenin İspaniya millinin baş məşqçisi kimi ilk oyunları olacaq.