Almaniya 3-cü liqasında 26-cı turun oyunları keçirilir.
Offsideplus.az xəbər verir ki, millimizin sabiq futbolçusu Dmitri Nazarovun çıxış etdiyi "Ersgebirge Aue" öz meydanında "Essen" ilə qarşılaşıb və 2:1 hesabı ilə rəqibini məğlub edib.
Nazarov da bu görüşün iştirakçısı olub. O, start heyətində oyuna çıxıb və 86-cı dəqiqədə əvəzlənib. Aue təmsilçisinin hər iki qolunun müəllifi (22 və 30-cu dəqiqələrdə-penalti) millimizin sabiq yarımmüdafiəçisi olub.
Qeyd edək ki, "Ersgebirge Aue" 20 komanda arasında 33 xalla 13-cü pillədə qərarlaşıb. "Essen" klubu isə 32 xalla turnir cədvəlində 14-cü pillədə yer alıb.