Futbol üzrə Almaniya 3-cü Bundesliqasında 24-cü turun görüşləri davam edir.

Offsideplus.az xəbər verir ki, Azərbaycan yığmasının üzvü Dmitri Nazarovun formasını geyindiyi "Erzgebirge" doğma meydanda "Saarbrüken"i qəbul edib. Qarşılaşma ev sahiblərinin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Dmitri Nazarov da bu matçın iştirakçısı olub. 32 yaşlı yarımmüdafiəçi oyuna start heyətdə başlayıb və 85-ci dəqiqədə əvəzlənib. O, 49-cu dəqiqədə komandasının ilk qolunu vurub. Nazarov həmçinin sarı vərəqə ilə cəzalandırılıb.

Xallarını 30-a yüksəldən "Erzgebirge" turnir cədvəlinin 23-cü pilləsində qərarlaşıb.