SPAL klubu baş məşqçisi Daniele de Rossini istefaya göndərib.

Offsideplus.az xəbər verir ki, 39 yaşlı mütəxəssislə yanaşı, onun köməkçiləri də istefaya göndərilib. İstefaya komandanın uğursuz nəticələri səbəb göstərilib.

Son üç oyununda məğlubiyyətlə üzləşən SPAL B Seriyasında 24 oyuna topladığı 24 xalla 18-ci pillədə qərarlaşıb.

Qeyd edək ki, De Rossi SPAL-ı 2022-ci ilin oktyabrından çalışdırırdı.