Futbol üzrə İsveçrə çempionatında 17-ci turun oyunları keçirilir.
Offsideplus.az xəbər verir ki, Azərbaycan millisinin hücumçusu Renat Dadaşovun çıxış etdiyi “Qrasshopper” növbəti matçına çıxıb.
Komanda öz meydanında “Yanq Boyz”la üz-üzə gəlib. Renatın komandası bu oyunda məğlub olub (1:2).
Yığmamızın üzvü də bu görüşün iştirakçısı olub. O, start heyətdə meydana çıxıb və sonadək mübarizə aparıb. Futbolçu 86-cı dəqiqədə sarı vərəqə alıb. Renat komandasının bu oyunda vurduğu yeganə qolunun ötürməsini verməklə də yadda qalıb.
Qeyd edək ki, “Qrasshopper” 17 turdan sonra 20 xalla 10 komanda arasında 8-ci pillədə yer alıb.