“Nant” klubu yarımmüdafiəçisisi Abdul Kader Bambanı “Sent Etyen”ə icarəyə göndərib.
Offsideplus.az xəbər verir ki, 28 yaşlı vinger bu mövsümün sonunadək 2-ci liqa təmsilçisində oynayacaq.
Fransız futbolçu 2018-ci ilin yayından “Nant”da çıxış edir. Sol cinah vingeri bu komandada 69 oyuna çıxıb, 6 qol vurub. O, “Amyen” və “Le Man”da da çıxış edib.