Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışında olan "Neftçi" bu gün ilk hazırlıq oyununa çıxıb.

Offsideplus.az xəbər verir ki, "ağ-qaralar" Macarıstanın "Vaşaş" klub ilə üz-üzə gəlib. Qarşılaşma 1:1 hesablı bərabərliklə başa çatıb.

"Neftçi"nin heyətində Kenni Sayef fərqlənib.

Qeyd edək ki, "Neftçi" yanvarın 15-də "Medz Leqniça” və “Baçka Topola”, 19-da isə “Srvena Zvezda” ilə qarşılaşacaq.