Futbol üzrə Belçika çempionatında 18-ci turun matçları keçirilir.

Offsideplus.az xəbər verir ki, "Qarabağ"ın UEFA Avropa Konfrans Liqasının pley-off mərhələsindəki rəqibi "Gent" "Standard"la evdə qarşılaşıb. Görüş 0:0 hesablı heç-heçə ilə başa çatıb.

Qeyd edək ki, hazırda "Gent" 31 xalla 5-ci pillədədir.

Xatırladaq ki, "Qarabağ" "Gent”ə qarşı ilk matçı fevralın 16-da Bakıda, cavab görüşünü isə fevralın 23-də Belçikada keçirəcək.