Meksika yığma komandasının kapitanı Gilyermo Oçoa karyerasını İtaliyada davam etdirəcək.

Offsideplus.az xəbər verir ki, 37 yaşlı qapıçıs “Salernitana”ya keçib. Bu barədə klubun rəsmi saytı məlumat yayıb.

"Amerika” ilə müqaviləsi bitən Oçoa A seriyası klubuna azad agent kimi keçib. Onunla mövsümün sonuna qədər müqavilə bağlanıb.

Qeyd edək ki, Oçoa “Ayaçço” (Fransa), “Malaqa” (İspaniya), “Qranada” (İspaniya), “Standard” (Belçika) kimi klublarda oynayıb.