Moldovanın "Dinamo-Avto" klubu azərbaycanlı baş məşqçi Novruz Əzimovla yollarını ayırıb.

Offsideplus.az xəbər verir ki, qarşılıqlı razılaşma əsasında Əzimovun müqaviləsinə xitam verilib.

Qeyd edək ki, Novruz Əzimov bu ilin sentyabrından Tiraspol təmsilçisini çalışdırırdı. Komanda onun rəhbərliyi altında 8 oyuna cəmi 4 xal qazanıb.