İspaniya milli komandasının kapitanı Serxio Buskets yığmanın sabiq futbolçuları İker Kasilyas və Serxio Ramosa məxsus rekorda şərik olub.
Offsideplus.az xəbər verir ki, o, DÇ-2022-nin 1/8 finalında hazırda Mərakeşlə keçirilən oyunda start heyətində meydana çıxıb.
Bu, Busketsin dünya çempionatlarında 17-ci oyunudur. Buna qədər İspaniya millisində yalnız Ramso və Kasilyas mundiallarda eyni sayda oyun keçirib.
Qeyd edək ki, 2009-cu ildən İspaniya millisinə dəvət alan Serxio Buskets 139 oyuna 2 qol vurub.