İsveçrə yığma komandasının DÇ-2022 üçün yekun heyəti müəyyənləşib.

Offsideplus.az xəbər verir ki, baş məşqçi Murat Yakın 26 futbolçunu siyahıya daxil edib:

Qapıçılar: Yann Zommer ("Borussiya" Münhenqladbax), Qreqor Kobel ("Borussiya" Dortmund), Yonas Omlin ("Monpelye"), Filipp Ken ("Zalsburq")

Müdafiəçilər: Manuel Akanci ("Mançester Siti"), Erar Comert ("Valensiya"), Niko Elvedi ("Borussiya" Münhenqladbax), Rikardo Rodriges ("Torina"), Fabian Şer ("Nyukasl), Silvan Vidmer, Edimilson Fernandeş (hər ikisi "Maynts")

Yarımmüdafiəçilər: Mişel Ebişer ("Bolonya"), Fabian Fray ("Bazel"), Remo Froyler ("Nottingem Forrest"), Ardon Yaşari ("Lütsern"), Cibril So ("Ayntraxt" Frankfurt), Qranit Caka ("Arsenal", Denis Zakariya ("Çelsi"), , Fabian Rider ("Yanq Boyz")

Hücumçular: Bril Embolo ("Monako"), Cerdan Şakiri ("Çikaqo"), Noa Okafor ("Zalsburq"), Harif Seferoviç ("Qalatasaray") , Renato Şteffen ("Luqano"), Ruben Varqas ("Auqsburq"), Kristian Fassnaxt ("Yanq Boyz")

Xatırladaq ki, İsveçrə millisi Qana, Kamerun və Braziliya ilə G qrupunda yer alıb.