“Libertadores” kubokunun qalibi müəyyənləşib.
Offsideplus.az xəbər verir ki, həlledici oyun Braziliyanın iki təmsilçisi “Flamenqo” və “Atletiko Paraense” komandaları arasında olub. Görüş “Flamenqo”nun minimal hesablı qələbəsiylə yekunlaşıb.
Yeganə qolu 45+4-də Qabriel Barbosa vurub.
Qeyd edək ki, “Flamenqo” tarixində 3-cü dəfə “Libertadores” kubokunu qazanıb.