“Çelsi” klubunda çıxış edən İngiltərə yığma komandasının futbolçusu Ris Ceyms bu il Qətərdə keçiriləcək dünya çempionatını buraxacaq.
Offsideplus.az xəbər verir ki, Ceyms İtaliyada “Milan”a 2:0 hesabı ilə qalib gəldikləri UEFA Çempionlar Liqasının qrup mərhələsinin 4-cü tur oyununda zədələnib. 23 yaşlı müdafiəçi 2 ay yaşıl meydanlardan kənarda qalacaq.
Xatırladaq ki, DÇ-2022 noyabrın 20-dən dekabrın 18-dək təşkil olunacaq.