Keçən il "Real" və digər klubların təqdim etdiyi Avropa Super Liqası layihəsindən sonra UEFA hazırda keçirilən beynəlxalq turnirləri daha rəqabətli hala gətirmək istəyir.

Offsideplus.az "Gurardian"a istinadən xəbər verir ki, ali futbol qurumu UEFA Super Kubokunun formatına yenilik gətirməyi planlaşdırır. Belə ki, yeni dörd komandadan ibarət formata əsasən, Super Kubokda Çempionlar Liqası, Avropa Liqası, Konfrans Liqası qalibləri və MLS çempionu iştirak edəcək.

Qeyd edək ki, Super Kubok finalında ÇL və AL çempionları üzləşir. Bu titulun son qalibi İspaniya "Real"ı olub.