Uels Futbol Federasiyası milli komandanın baş məşqçisi Robert Peyclə yeni müqavilə imzalayıb.
Offsideplus.az federasiyasının rəsmi saytına istinadən xəbər verir ki, 48 yaşlı mütəxəssislə 4 illik müqavilə bağlanıb. O, 2026-cı il dünya çempionatınadək komandanın sükanı arxasında olacaq.
Qeyd edək ki, Robert Peyc 2020-ci ildən Uels millisinin baş məşqçisidir.