Türkiyəli mütəxəssis Volkan Demirəlin yeni ünvanı bəlli olmağa yaxındır.
Offsideplus.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, "Fənərbağça"nın keçmiş qapıçısı "Göztəpə" klubunun baş məşqçisi olmağa yaxındır. Belə ki, hazırda Türkiyə 1-ci liqasında mübarizə aparan İzmir təmsilçisinin yeni rəhbərliyi komandanın göstərdiyi nəticələrdən narazıdır.
Məhz bu səbəbdən klub rəhbərliyi Demirəli komandanın sükanı arxasına gətirmək istəyir. Xəbərə görə, yaxın günlər də tərəflər arasında razılaşmanın olacağı qeyd olunur.
Qeyd edək ki, Volkan Demirəl son olaraq "Fatih Karagümrük"də işləyib. O, Türkiyə Super Liqasında İstanbul təmsilçisinin baş məşqçisi kimi 24 oyunda iş başında olub. Onun rəhbərliyi ilə komanda ötən mövsümü 8-ci pillədə başa vurmuşdu.