"Qarabağ"ın Çempionlar Liqasının pley-off mərhələsində rəqibi olan Çexiyanın "Viktoriya" klubu (Plzen) heyətini yeni futbolçu ilə gücləndirib.
Offsideplus.az xəbər verir ki, Plzen təmsilçisi "Ferentsvaroş"dan (Macarıstan) nigeriyalı hücumçu Forçun Akpan Bessini icarəyə götürüb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 24 yaşlı futbolçu mövsümün sonuna qədər "Viktoriya"da oynayacaq.
Xatırladaq ki, klub bundan əvvəl Slovakiya millisinin hücumçusu Erik Yirka və Çexiya yığmasının müdafiəçisi Vatslav Yemelkanı transfer etmişdi.
Qeyd edək ki, "Viktoriya"nın (Plzen) "Qarabağ"la ilk matçı avqustun 17-də Bakıda, cavab oyunu isə avqustun 23-də Plzendə olacaq.