Almaniya Kubokunda 1/32 final mərhələsinin oyunları keçirilib.
Offsideplus.az xəbər verir ki, Azərbaycan yığmasının yarımmüdafiəçisi Dmitri Nazarovun formasını geyindiyi “Ersgebirge” də yeni mövsümdə ilk matçına çıxıb.
Aue təmsilçisi doğma meydanda Bundesliqa iştirakçısı “Maynts”la qarşılaşıb. Qarşılaşma elita təmsilçisinin 3:0 hesablı qələbəsiylə başa çatıb. Nəticədə “Ersgebirge” Almaniya kubokuyla startdaca vidalaşmalı olub.
Dmitri Nazarov da bu matçın iştirakçısı olub. Komandasını kapitan kimi meydana çıxaran yarımmüdafiəçi 79-cu dəqiqədə əvəzlənib. O, 61-ci dəqiqədə sarı vərəqə ilə də cəzalanıb.