Futbol üzrə Rusiya Birinci Liqasında 3-cü turun görüşləri keçirilir.
Offsideplus.az xəbər verir ki, Azərbaycanın gənclərdən ibarət milli komandasının hücumçusu Kamran Əliyevin formasını geyindiyi Tula “Arsenal”ı da növbəti oyununa çıxıb.
Doğma meydanda Tolyatti “Akron”u ilə qarşılaşan komanda matçdan qollu bərabərliklə ayrılıb - 1:1. Kamran da bu görüşün iştirakçısı olub. O, 46-cı dəqiqədə meydana çıxıb.
Qeyd edək ki, "Arsenal" 3 turdan sonra 7 xalla ilk pillədə qərarlaşıb.