Karlos Bakkanın yeni klubu müəyyələşib.

Offsideplus.az xəbər verir ki, kolumbiyalı hücumçu karyerasını vətənindəki "Junior" komandasında davam etdirəcək. 35 yaşlı hücumçu ilə imzalanan müqavilənin detalları açıqlanmayıb.

Qeyd edək ki, Bakka karyerası ərzində "Brügge", "Milan", "Vilyarreal", "Sevilya" kimi klubların formasını geyinib. Onun son klubu "Qranada" olub.