2022-2023-cü illər mövsümünün hazırlığını davam etdirən “Qəbələ” bu gün ilk yoxlama matçını keçirib.
Offsideplus.az xəbər verir ki, “qırmızı-qaralar” Türkiyənin Bolu şəhərində təşkil olunan təlim-məşq toplanışı çərçivəsində “Qaziantep”lə qarşılaşıb.
Super Liqa təmsilçisi 2:1 hesabı ilə qalib gəlib. "Qəbələ"nin yeganə qolu 70-ci dəqiqədə Ülvi İsgəndərli vurub. Rəqibdən isə Papi Ciloboci və Aleksandru Maksim fərqləniblər.
Xatırladaq ki, "Qəbələ” iyulun 12-də Rumıniyanın “Çiksereda” klubu ilə qarşılaşacaq.iyul