Növbəti mövsümə hazırlığı davam etdirən Polşanın "Visla" komandası daha bir yoxlama görüşündə qüvvəsini sınayıb.

Offsideplus.az xəbər verir ki, millimizin müdafiəçisi Anton Krivotsyukun çıxış etdiyi Plotsk təmsilçisi “Rakuv”la iki görüş keçirib. 

Krivotsyuk ilk matçda iştirak edib. Onun start heyətdə yer aldığı oyun plotskluların böyük hesablı məğlubiyyəti ilə yadda qalıb - 0:3.