Qadın voleybolçulardan ibarət Azərbaycan millisi İslamiada üçün hazırlıqlarını davam etdirir.
19 gündür davam edən təlim-məşq toplanışında bəzi oyunçular iştirak etmir.
Komandanın tam formada məşqlərə hansı vaxtdan davam edəcəyini öyrənmək üçün federasiyanın mətbuat xidmətinin rəhbəri Şəfəq Kərimova ilə əlaqə saxladıq.
Qurum rəsmisi Offsideplus.az-a açıqlamasında bunları dedi: "Bəli, hazırda komanda tam tərkibdə hazırlıq keçmir, amma bu ayın sonu və ya gələn ayın əvvəli heyət tam olaraq bilinəcək".
Cavid Əliyev