"Qəbələ" klubunun prezidenti Fariz Nəcəfov Konfrans Liqasının II təsnifat mərhələsində qarşılaşacaqları Macarıstan "Fehervar"ı haqda fikirlərini bölüşüb.
Offsideplus.az-a eksklüziv açıqlama verən klub rəhbəri "Qəbələ"nin işinin çətin olacağını vurğulayıb: "Rəqib köklü və təcrübəli komandadır. Nəzərə alsaq ki, Macarıstan çempionatı çox güclüdür, komandanın səviyyəsi özünü bəlli edir. Bu baxımdan işimizin çətin olacağını bilirik. Amma şans həmişə var. Hazırlaşırıq və növbəti mərhələyə adlamaq üçüb əlimizdən gələnin ən yaxşısını etməyə çalışacağıq".
Funskioner klubun transfer siyasətindən də bəhs edib: "Yeni transferlər olacaq. İki futbolçunun komandaya qayıtmamaq ehtimalı var. Ona görə gedənlərin yerlərinə yeni futbolçular cəlb edəcəyik. Danıışıq apardığınız futbolçul var. Lakin konkret anlaşdığımız biri yoxdur".
Qeyd edək ki, UEFA Konfrans Liqasında II təsnifat mərhələsinin oyunları 21 - 28 iyulda olacaq.
Daşqın Əziz