"Görün, nə vəziyyətdəyik ki,nəticə və yaxşı oyunu kənara qoyub, qol vurmaq haqda düşünürük".

 Bu sözləri Offsideplus.az-a açıqlamasında "Neftçi"nin sabiq idman direktoru Ceyhun Sultanov deyib.

O, milli komandamızın çıxışını və baş məşqçi Canni de Byazini tənqid edib:

"Milli barədə çox danışılıb. Biz danışırıq, De Byazi işinə davam edir. Məncə, bizim danışmağımız mənasız çıxacaq. Yığmadan yalnız yaxşı oyun göstərməyi gözləyirdik. Təəssüf ki, bunu da görmədik. Qazaxıstan və Belarusla oyunlarda üstün mübarizə aparmalıydıq. Düzdür, Slovakiya bizdən keyfiyyət baxımından güclüdür, amma yenə də əzmkar oyun sərgiləməliydik. Bu baş məşqçi ilə bir şey edə bilməyəcəyik. Gülünc haldır ki, De Byazi bizim qarşımıza qrupdan çıxmaq tapşırığı qoyulmayıb deyir. Bəs belə bir məqsəd yox idisə, niyə De Byazi ilə müqavilə uzadıldı?! Onun yerinə köməkçi-məşqçi Arif Əsədovu gətirsəydilər, daha yaxşı olardı. Milli komanda elə bir yerdir ki, hər bir futbolçu o formanın haqqını verməldir".

Cavid Əliyev