UEFA Çempionlar Liqasının final oyunundan sonra UEFA Super Kubokunda üz-üzə gələcək klublar dəqiqləşib.
Offsideplus.az xəbər verir ki, ÇL-in finalında “Liverpul”a 1:0 hesabı ilə qalib gələn Madrid “Real”ı Super Kubokda oynamaq hüququ qazanıb.
İspaniya təmsilçisi sözügedən turnirdə Avropa Liqasının qalibi “Ayntraxt”la qarşılaşacaq. Almaniya klubu da Avroliqanın finalında Şotlandiya “Reyncers”indən üstün olmuşdu – 2:1.
UEFA Super Kuboku avqustun 10-da Finlandiyanın Helsinki şəhərindəki Olimpiya stadionunda təşkil olunacaq.