Məşhur Türkiyəli FİFA referisi Cüneyt Çakır DÇ-2022-nin oyunlarına təyinat almayacaq.
Offsideplus.az xəbər verir ki, bu barədə məlumatı FİFA-nın rəsmi saytı yayıb. Qurumun DÇ-2022 üçün adlarını açıqladığı hakimlərin arasında Çakırın adı yoxdur.
Qeyd edək ki, DÇ-2022 21 noyabr - 18 dekabr tarixlərində Qətərdə keçiriləcək.