"Mövsümü yaxşı notlarla başa vurmaq istəyirik".
Bu sözləri Offsideplus.az-a açıqlamasında "Səbail"in futbolçusu Əfran İsmayılov deyib.
O, bu gün doğma meydanda "Qarabağ"la keçirəcəkləri oyunu və mövsümü dəyərləndirib:
"Bu mövsüm yaxşı və pis oyunlarımız oldu. Amma biz sınmadıq və sonadək mübarizə apardıq. "Qarabağ", "Qəbələ" və "Sabah" kimi çempionatın güclü kollektivlərini məğlub etdik. Bu gün də layiqli çıxış etməyə çalışacağıq. "Səbail"i daha yüksəklərə qaldırmaq istəyirik. Çempionatı rəng qatan komanda olduq. İnşallah, yeni mövsümə daha iddialı başlayacağıq".
33 yaşlı yarımmüdafiəçi komandada qalıb-qalmaması barədə də fikir bildirib:
"Bu haqda mövsüm bitdikdən sonra danışacağıq. İndi nəsə demək düzgün çıxmaz".
İsmayılov karyerasını bitirəcəyi sualına da belə cavab verib:
"Bir il də oynamaq istəyirəm. Məşqçi ilə bu barədə danışacaığıq. Aftandil müəllimin də fikri önəmlidir. Amma karyeramı bitirmək ehtimalım da var".
Cavid Əliyev