Futbol üzrə Polşa çempionatında 32-ci turun oyunları baş tutub.
Offsideplus.az xəbər verir ki, Azərbaycan yığmasının müdafiəçisi Anton Krivotsyukun formasını geyindiyi “Visla” (Plotsk) da növbəti matçına çıxıb.
Komanda doğma meydanda “Varta” ilə qarşılaşıb və bu oyundan məğlubiyyətlə ayrılıb – 0:3.
Krivotsyuk bu görüşün iştirakçısı olmayıb. Onun adı qarşılaşmanın iştirak ərizəsinə də daxil edilməyib.
Qeyd edək ki, Plotsk “Visla”sı 32 turdan sonra 45 xalla 18 kollektiv arasında 6-cı pillədə qərarlaşıb.