Ukrayna yığmasının sabiq baş məşqçisi Andrey Şevçenko klub sahibi ola bilər.
Offsideplus.az xəbər verir ki, onun İtaliya C seriyasında çıxış edən "Peskara"nın səhmlərini almaq istədiyi bildirilib. Onun İtaliya konsorsiumu ilə birgə bunu etmək niyyətində olduğu qeyd olunub.
"Peskara" C seriyasının B qrupunda 5-cidir. Komanda yeni mövsümdən B seriyasında iştirak etməyə əsas namizədlərdəndir.
Bildirək ki, Şevçenko son olaraq İtaliyanın "Genua" klubunu çalışdırıb.