"Şamaxı"nın qışda heyətinə qatdığı ingiltərəli futbolçu Natan Oduvayla bağlı müəyyən şaiələr gəzirdi.
Belə ki, 26 yaşlı oyunçu ilə yerli klubların maraqlandığı deyilirdi. Buna görə də yayda əyalət təmsilçisi ilə sözləşməsi başa çatacaq olan vingerlə bağlı son durumu öyrənmək üçün klubun mətbuat xidmətinin rəhbəri Səbuhi Məmmədovla əlaqə saxladıq.
Klub rəsmi Offsideplus.az-a açıqlamasında bunları dedi: "Oduvanın sözləşməsi yayda başa çatır. Amma futbolçu ilə bağlı bizə hər hansı bir transfer təklifi gəlməyib. Komandada qalıb-qalmayacağı haqda mövsümün sonunda qərar veriləcək".
Cavid Əliyev