Azərbaycan Ağır Atletika Federasiyasının (AAAF) İdarə Heyətinin iclası keçirilib.

Offsideplus.az xəbər verir ki, iclasda 9-10 aprel tarixlərində təşkil olunan Azərbaycan çempionatının nəticələri, yığma komandanın formalaşdırılması, beynəlxalq turnirlərdə iştirak və digər məsələlərlə bağlı müzakirələr aparılıb, bir sıra qərarlar qəbul olunub. Qərara əsasən, Rizvan Rəsulov AAAF-ın baş katibi, Kamran Əliyev icraçı direktor, Emil Əliyev Azərbaycan milli yığma komandalarının baş məşqçisi, Asif Məmmədov kişilərdən ibarət yığma komanda üzrə böyük məşqçi, Sərdar Həsənov qadınlardan ibarət yığma komanda üzrə böyük məşqçi, Oktay Muxtarov isə yeniyetmələrdən ibarət yığma komanda üzrə böyük məşqçi təyin olunub.