FİFA prezidenti Canni İnfantino Elxan Məmmədovun qurumun Avropa Milli Assosiasiyaları üzrə direktor təyin olunması barədə fikirlərini bölüşüb.

Offsideplus.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, o deyib:

“Elxanın FİFA komandasına qoşulması bizim gücümüzə güc qatır. Onun futbolun dayaqlarını möhkəmləndirmək üçün götürdüyü öhdəliklər Azərbaycanda idman üçün faydalı olub. Məmmədovun öz təcrübəsini bütövlükdə Avropa futboluna da tətbiq edəcəyini düşünürəm və ona "FİFA komandasına xoş gəlmisən" deyirəm”.

Qeyd edək ki, Elxan Məmmədov mayın 1-dən etibarən vəzifəsini icra etməyə başlayacaq. O, fəaliyyətini FIFA-nın Paris ofisində davam etdirəcək.