AFFA-nın icraçı vitse-prezidenti Elxan Məmmədov "Şamaxı" - "Neftçi" (1:2) oyunundan sonra jurnalistlərin suallarını cavablandırıb.

- "Şamaxı"nın ölkə çempionatdakı iştirakı ilə bağlı  fikirlərinizi öyrənmək istəyərdik...

- Gözəl an idi. "Şamaxı" bu gün burada ilk matçına çıxdı. Bizim strategiyamıza uyğun olaraq növbəti illərdə də ölkə çempionatında daha çox bölgə komandalarını görəcəksiz. Hazırda lisenziyalaşdırma prosesi gedir. Artıq müraciətlər gəlib. May ayında müvafiq qərar qəbul olunacaq. Bu günkü oyunda sevindirici hal odu ki, stadion dolu idi. Əminəm ki, növbəti oyunlarda da azarkeşlərin sayı çox olacaq.

- Oyunla haqda fikirləriniz necədir?
- Maraqlı oyun alındı və azarkeşlər qollar gördü. Sevindirici haldı ki, ev sahibi komanda ilk qolu vurdu. Bu, futboldur. Bölgəyə futbolun qayıtması xoş haldır. Əminəm ki, futbol coğrafiyası genişlənəcək.


- Lisenziyalaşdırma Komitəsinə hansı bölgə klublarından müraciətləri var?
- "Turan Tovuz" və "Kəpəz"in müraciət edib.


- "Zaqatala" rəhbərliyi də çempionatda yaxşı çıxış etmək istədiklətini bildiriblər...

- Hər klub müstəqildi və müraciət edə bilər. Lakin "Zaqatala" bizə müraciət etməyib.


- Müraciətlər çox olsa, komandaların sayı arta bilər?
- Strategiyamıza uyğun olaraq ölkə çempionatında iki komandanın gəlməsini planlaşdırırıq. Nöbəti illərdə komandaların sayının artmasını düşünürük. Biz qeyri-peşəkar yanaşsaq, dərhal 6 komandanı premyer-liqaya gətirə bilərik. Amma bu, stabil olmayacaq. Ona görə də stabil şəkildə inkişaf edək.


- Növbəti mövsümdə premyer liqaya yüksələn komandaların sayı ikidən az ola bilər?
- Təbii ki, risklər hər zaman böyükdür. Riskləri azaltmaq üçün katiblik bu işə baxır.


- "Misli" şirkəti ilə anlaşma nə yerdədir? Ramin müəllim dedi ki, bu işlərlə siz məşğul olursuz...
- Daim danışıqlar aparılır. Ümumi böyük bir layihə düşünürük. Bununla bağlı məlumat veriləcək. - Daim danışıqlar aparılır. Ümumi böyük bir layihə düşünürük. Bununla bağlı məlumat veriləcək. Hazırda əsas məqsədimiz növbəti mövüm ölkə çempionatında 10 komandanın olmasıdır. Futbolun İnkişafı Fondu da maksimum futbolumuza dəstək verəcək. Onlar yaxşı işlər görürlər.

- Deyilənə görə növbəti mövsüm şirkət tərəfindən bütün klublara 1-2 milyon arası pul ayrılacaq. Bu, nə dərcədə doğrudur?
-Bununla bağlı bir neçə il əvvəl də müxtəlif qurumlara layihə təklif etmişdik. Hazırda da davam etdirilir. Əvvəlcədən nəsə deməyim. İstəyirəm ki, müsbət cavablar alaq. Bundan sonra konkret nəsə deyə bilərik.

- Yığma komandanın Millətlər Liqasındakı oyunlarından nə gözləyirsiz?
- Təbii ki, hər oyunda 3 xal gözləyirəm. Təəssüf ki, yoldaşlıq oyunlarında komanda yaxşı oyun nümayiş etdirmədi. Rəsmi oyunlarda ancaq qələbə gözləyirik.

- De Byazi millinin üzvlərini xaraktersiz adlandırıb...
- Təbii ki, baş məşqçi öz fikrini sərbəst ifadə bilər. Çox söhbətlər oldu, amma sonra italyan dilində deyilənlər təkzib edildi. Video yayımlandı, orada təhqiredici nə isə görmədik.

Daşqın Əziz, Şamaxı